—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Tramp İrana məhdud zərbə imkanını nəzərdən keçirir

20-fevral-2026
Türkan Nəbi
Tramp İrana məhdud zərbə imkanını nəzərdən keçirir
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, ölkəsi İrana məhdud hərbi zərbə endirmə variantını araşdırır.

"PostMedia" xəbər verir ki, Trampa sual verilib ki, Tehranı razılığa gətirmək üçün məhdud hərbi əməliyyatlar həyata keçirməyi nəzərdən keçirib-keçirmir, o isə yalnız “Düşünürəm ki, bunu müzakirə edirəm” deyə cavab verib, detallar açıqlamayıb.

CBS əvvəlcə xəbər vermişdi ki, İranın hədəf alınması imkanları fevralın 21-dən etibarən nəzərdən keçirilir. Yanvar ayında Ağ Ev xəbərdarlıq etmişdi ki, Tehran ədalətli razılığa gəlməsə – yəni nüvə silahından tam imtina etməsə – ciddi şəkildə qüvvə tətbiq etməyə hazırdır. İran hakimiyyəti dəfələrlə nüvə silahı hazırlamayacağını bəyan edib.

Fevralın 17-də Oman vasitəsilə İsveçrənin Cenevrə şəhərində ABŞ-İran danışıqlarının ikinci mərhələsi keçirilib. İranın Xarici İşlər Nazirliyi gələcək razılaşma layihəsinə daxil edilə biləcək bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu bildirib. ABŞ danışıqları konstruktiv qiymətləndirib, lakin Tehran hələ Ağ Ev tərəfindən irəli sürülən bir sıra mövqeləri qəbul etməyə hazır olmadığını qeyd edib.

Kateqoriyalar