6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Almaniya XİN vətəndaşlarını yenidən İranı tərk etməyə çağırıb

20-fevral-2026
Almaniya XİN vətəndaşlarını yenidən İranı tərk etməyə çağırıb
Yazı Ölçüsü:
Almaniya Xarici İşlər Nazirliyi ABŞ-nin mümkün hərbi əməliyyatları təhlükəsi fonunda öz vətəndaşlarını İranı dərhal tərk etməyə ciddi şəkildə çağırıb.
"PostMedia"nın məlumatına görə, Nazirliyin rəsmi nümayəndəsi bildirib ki, hazırda qonşu ölkələrlə məhdud kommersiya uçuşları və quru yolu ilə ölkədən çıxmaq imkanları mövcud olsa da, vəziyyətin gərginləşməsi halında konsulluq yardımının göstərilməsi faktiki olaraq mümkünsüz olacaq.
Daha əvvəl "The Wall Street Journal" mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ İranı nüvə sazişi üzrə güzəştlərə məcbur etmək və genişmiqyaslı münaqişədən yayınmaq məqsədilə İranın hərbi və dövlət obyektlərinə məhdud zərbə endirmə imkanını müzakirə edir. CBS telekanalının məlumatına görə, əməliyyat fevralın 21-də başlaya bilər.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930