Birləşmiş Ştatların Yaxın Şərqdə hərbi gücünün artması İranın nüvə fəaliyyətinə dair diplomatik razılığa gəlmək imkanlarını təhlükə altında qoyur.
"PostMedia" xəbər verir ki. bu barədə "Bloomberg"ə verdiyi müsahibədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAGATE) baş direktoru Rafael Grossi bildirib.
O əlavə edib ki, agentlik İranın xarici işlər naziri Abbas Araqçı ilə keçən il İsrail və ABŞ tərəfindən bombalanmış obyektlərin yoxlanması üzrə konkret təklifləri müzakirə edib. Lakin bu proqramların təcili şəkildə başa çatdırılıb-çatdırıla bilməsi hələ də açıq qalıb.
Grossi həmçinin çərşənbə günü Cenevrədə ABŞ prezidenti Donald Trampın nümayəndələri ilə görüşdüyünü bildirib. Ağ Ev dəfələrlə bəyan edib ki, ABŞ keçən ilki zərbələr zamanı İranın nüvə istehsalını “məhv edib”, lakin Tehran yeni müqaviləyə razılaşmasa, əlavə hərbi əməliyyatlar ilə hədələyib.
MAGATE-nin Fordo, Sepahan və Natanzdakı zərər görmüş obyektlərə qayıtması “daha geniş razılığın mümkünlüyündən asılıdır”, – deyə Grossi bildirib. “Siyasi danışıqların davam etdiyini başa düşürük”.
Həftə əvvəlki danışıqlardan sonra İran və ABŞ diplomatik həllə ehtiyatlı nikbinliklə yanaşıblar. İran bildirib ki, “ümumi razılıq” əldə edilib: sanksiyaların ləğvi müqabilində nüvə məhdudiyyətlərinin prinsipi qəbul olunacaq. Hər iki tərəf növbəti görüşə qədər təklifləri hazırlayıb dəyişmək öhdəliyi götürüb.
Eyni zamanda ABŞ bölgədə hərbi aktivləri artırır, İran isə Rusiya ilə birgə hərbi-dəniz təlimləri keçir, bu da müvəqqəti olaraq Hürmüz boğazından enerji daşıyıcılarının ixracına təsir göstərib.
Nüvə dilemmasının mərkəzində uranın zənginləşdirilməsi dayanır – izotopların seçilməsi prosesi, hansı ki, həm reaktor yanacağı, həm də nüvə silahı üçün istifadə oluna bilər. İsrail və ABŞ bütün zənginləşdirməni dayandırmaq və zavodları sökmək istəyir, İran isə yanacaq istehsalı gücünün bir hissəsini sülh məqsədləri üçün saxlamaq istəyir.
Tramp prezidentliyi dövrünün ilk aylarında uranın zənginləşdirilməsini məhdudlaşdıran və MAGATE-ninn yoxlamalarını sanksiyaların ləğvi ilə əvəz edən razılaşmadan imtina edib. Bundan sonra İran proqramı genişləndirərək tonlarla zənginləşdirilmiş uran toplayıb. Nəticədə keçən ilki 12 günlük müharibə zamanı onun nüvə obyektləri bombalanıb.
“Əgər MAGATE bunu təsdiqləyə bilməsə, razılaşma mümkün olmayacaq”, – deyə Grossi bildirib və əlavə edib ki, o, hər iki tərəfin “qırmızı xəttləri” arasında balans yaradaraq həll tapmağa çalışır.
“O, qeyri-mümkün deyil, – deyə o bildirib. – İranın davam etdirə bilməyəcəyi bəzi məqamları başa düşür”.