—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Tramp Azərbaycana təşəkkür etdi

19-fevral-2026
Turan Hüseynli
Tramp Azərbaycana təşəkkür etdi
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkür edib.

"PostMedia" xəbər verir ki, bu barədə o, Vaşinqtonda "Sülh Şurası"nın ilk sessiyasında çıxışı zamanı danışıb.

Xatırladaq ki, yeni təşkilatın nizamnaməsi bir ay əvvəl Davosda keçirilən Dünya İqtisadi Forumunda imzalanıb. Birləşmiş Ərəb Əmirlikləri, Albaniya, Azərbaycan, Argentina, Bəhreyn, Belarus, Bolqarıstan, Ermənistan, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Qətər, Mərakeş, Monqolustan, Pakistan, Paraqvay, Səudiyyə Ərəbistanı, Türkiyə və Özbəkistan, eləcə də qismən tanınmış Kosovo Respublikası şuraya qoşulub. Daha sonra siyahıya Vyetnam, Misir, Kamboca, Küveyt, El Salvador və İsrail də qoşulub.

İndoneziya, Argentina, Macarıstan, Qazaxıstan, Pakistan, Özbəkistan və Albaniya liderləri, eləcə də Vyetnam, Misir, Türkiyə, İsrail, Mərakeş və Bolqarıstan nümayəndələri iştirak edir.

Azərbaycan Prezidenti İlham əliyev də sammitdə iştirak edir. Cənubi Koreya, Avropa Komissiyası, İtaliya, Kipr, Yunanıstan və Rumıniya müşahidəçi qismində iştirak edir.

Birləşmiş Krallıq, Almaniya, Fransa, Norveç, Sloveniya, İsveç və Ukrayna da daxil olmaqla bir neçə Avropa ölkəsi yeni təşkilata qoşulmaqdan imtina edib. Yanvar ayında Tramp Kanadanın dəvətini geri götürəcəyini açıqlayıb. Vatikan da yeni yaradılan təşkilata qoşulmaq istəmədiyini açıqlayıb.

Çin, Hindistan, Sinqapur, Xorvatiya və Rusiya hələ qərar verməyiblər.

Görüşün əsas mövzusu 7 oktyabr 2023-cü il hadisələrindən sonra İsrail və HƏMAS arasında müharibə zamanı dağıdılmış Qəzza zolağının yenidən qurulması olacaq. BMT-nin hesablamalarına görə, yenidənqurma üçün 70-80 milyard dollara qədər vəsait tələb olunacaq.

Maliyyə yardımından əlavə, görüşdə beynəlxalq sabitləşdirmə qüvvələrinin və təhlükəsizliyi qorumaq üçün yerli polisin tərkibində olmaq üçün regiona "minlərlə əsgər"in göndərilməsinin elan edilməsi gözlənilir.

Kateqoriyalar