Fevralın 6-da Oman-da ABŞ ilə danışıqların birinci mərhələsində İran rəsmiləri bildirib ki, yüksək zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini üçüncü tərəfəyəni Rusiyaya verməyə hazırdılar.
"PostMedia" xəbər verir ki, bu barədə məlumatı fevralın 17-də "The Wall Street Journal" iranlı, ərəb və amerikalı rəsmilərdən öyrənub.
Məlumatda deyilir ki, yüksək zənginləşdirilmiş material 12 nüvə bombası üçün kifayətdir.
Diplomatların sözlərinə görə, İran həmçinin ABŞ-a təklif etməyə hazırdır ki, uranın zənginləşdirilməsini üç il müddətinə dayandırsın. Lakin ABŞ tələb edir ki, İran uranın zənginləşdirilməsini tam dayandırsın.
İran və ABŞ fevralın 17-də Cenevrədə danışıqların ikinci mərhələsini keçirib. Danışıqlardan sonra İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, hər iki tərəf razılığa gəlmək üçün fikirlərini təqdim edib və danışıqları məhsuldar adlandırıb. Nazir deyib ki, İran və ABŞ razılaşıblar ki, yeni danışıqların tarixini təyin etməzdən əvvəl razılaşmanın əsasını qoymaq üçün mətnləri dəyişdirsinlər.
ABŞ-ın bir rəsmisi "Wall Street Journal"a deyib ki, "irəliləyiş var, amma hələ çox detalları müzakirə etmək lazımdır".
"The Wall Street Journal"in məlumatına görə, İranın zənginləşdirilmiş uran ehtiyatlarının böyük hissəsi ehtimal olunur ki, 2025-ci ilin iyun ayında ABŞ və İsrail tərəfindən məhv edilmiş nüvə obyektlərinin qalıqları altında basdırılıb. İyunda hücumdan dərhal sonra "The New York Times" xəbər verib ki, ABŞ kəşfiyyat məlumatlarına görə, hücum yalnız nüvə materialının kiçik bir hissəsini məhv edib və İran hakimiyyəti zənginləşdirilmiş uran ehtiyatlarının böyük hissəsini köçürüb gizlədə bilib.
ABŞ-İran danışıqları iki ölkə arasındakı gərginliyin artdığı bir vaxtda baş tutur. Yanvarda ABŞ prezidenti Donald Tramp bildirib ki, İran sahillərinə "böyük donanma"» göndərib.
CNN-in məlumatına görə, Tramp etiraf edib ki, İranın nüvə obyektlərinə əlavə zərbə endirə bilər.