—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

ABŞ-ın Azərbaycan səfirliyi bir günlük fəaliyyətini dayandırdı

16-fevral-2026
Türkan Nəbi
ABŞ-ın Azərbaycan səfirliyi bir günlük fəaliyyətini dayandırdı
Yazı Ölçüsü:
ABŞ-ın Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək.
"PostMedia" xəbər verir ki, buna səbəb Prezidentlər Gününün qeyd edilməsidir.
Bu barədə Səfirliyi rəsmi "Facebook" səhifəsində yayılan məlumatda deyilir:
"Hər il fevral ayının üçüncü bazar ertəsi qeyd olunan bu gün ABŞ prezidentlərinin, xüsusilə Corc Vaşinqton və Abraham Linkolnun liderliyini və zəngin irsini ehtiramla xatırlayır. Prezidentlər Günü Amerika demokratiyasının və ictimai xidmət ənənələrinin formalaşmasında prezidentlik institutunun mühüm rolunu bir daha vurğulayır.
 Bayramla əlaqədar olaraq ABŞ Səfirliyi bu gün fəaliyyət göstərmir".
Kateqoriyalar