—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

FT: Avropa rəsmiləri Rubionun çıxışı ərəfəsində narahatdır

13-fevral-2026
Turan Hüseynli
FT: Avropa rəsmiləri Rubionun çıxışı ərəfəsində narahatdır
Yazı Ölçüsü:
Avropa rəsmiləri ABŞ dövlət katibi Marko Rubionun Münhen Təhlükəsizlik Konfransındakı çıxışını narahatlıqla gözləyirlər.
"PostMedia" xəbər verir ki, "Financial Times" qəzetinin yazdığına görə, onlar bu çıxış vasitəsilə ABŞ Prezidenti Donald Trampın ölkənin tarixi müttəfiqlərinə münasibətinin necə olacağını anlamağa çalışırlar.
Nəşr mənbələrinə istinadla bildirir ki, konfrans iştirakçıları bu il tədbirdə nə Trampın, nə də ABŞ vitse-prezidenti Cey Di Vensin iştirak etməyəcəyini öyrəndikdən sonra nisbətən sakitləşiblər.
“Avropa rəsmiləri Marko Rubionun çıxışını böyük həyəcanla gözləyirlər ki, prezident Donald Trampın ABŞ-ın tarixi müttəfiqlərinə baxışlarını daha aydın dərk etsinlər”, – deyə "Financial Times" yazır.
ABŞ Demokratlar Partiyasından senator Piter Uelç qəzetə açıqlamasında bildirib ki, ABŞ-ın müttəfiqlərinin, xüsusilə də Avropa ölkələrinin “ən böyük qorxuları” gerçəkləşir: “Onlar faktiki olaraq tək buraxılıblar”.
Xatırladaq ki, 2025-ci il fevralın 14-də ABŞ-ın vitse-prezidenti Cey Di Vens Münhen Təhlükəsizlik Konfransında çıxış edərək Avropa ölkələrini kəskin tənqid etmişdi. O, Avropanı senzura təhlükəsi ilə üz-üzə qalmaqda ittiham edib və Qərb hökumətlərini vətəndaşların fikirlərini nəzərə almağa çağırmışdı. Vens bildirmişdi ki, Avropa üçün əsas təhlükə Rusiya və Çin deyil, onun daxilində mövcuddur. O, buna misal olaraq Rumıniyada seçki nəticələrinin ləğvini və Almaniyada oxşar ssenarinin mümkünlüyünü göstərmişdi.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı şəhərin mərkəzində cümə günündən bazar gününədək davam edir.
Kateqoriyalar