—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti gələn il başa çatacaq

13-fevral-2026
Türkan Nəbi
Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti gələn il başa çatacaq
Yazı Ölçüsü:
İrəvan və Avropa İttifaqı (Aİ) Ermənistanda fəaliyyət göstərən mülki monitorinq missiyasının mandatının uzadılması məsələsini hazırda müzakirə etmir.
"PostMedia" xəbər verir ki, bu barədə Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, missiyanın mandatının başa çatmasından sonra uzadılması ilə bağlı hazırda heç bir müzakirə aparılmır:
“Hazırda missiyamızın mandatının bitməsindən sonra uzadılması ilə bağlı hər hansı diskussiya yoxdur. Mandatımız 2027-ci ilin fevralında başa çatır. Buna görə də gələn ilə qədər mandatla bağlı heç nə dəyişməyəcək”, – deyə Ritter missiyanın Ermənistanda yerləşdirilməsinin 3-cü ildönümünə həsr olunmuş tədbirdə bildirib.
Aİ-nin mülki monitorinq missiyasının 100-dən çox müşahidəçisi 2023-cü ilin fevralında fəaliyyətə başlayıb və onlar Ermənistan–Azərbaycan sərhədinin Ermənistan tərəfində patrul xidməti həyata keçirirərlər.
2025-ci il 30 yanvarda Avropa İttifaqı Şurası missiyanın mandatını iki il müddətinə uzadıb. Missiyanın büdcəsi 44 milyon avro təşkil edib. Rəsmi sənəddə qeyd olunur ki, missiyanın tərkibində 200-dən çox əməkdaş – beynəlxalq və yerli heyət var. Müşahidəçilər və mülki ekspertlər Aİ-yə üzv 25 dövləti, eləcə də üçüncü ölkə kimi Kanadanı təmsil edirlər.
Rusiya tərəfi isə dəfələrlə bəyan edib ki, Ermənistan–Azərbaycan sərhədində fəaliyyət göstərən Aİ missiyası monitorinq adı altında Rusiya, Azərbaycan və İrana qarşı kəşfiyyat məlumatları toplayır. Qeyd edək ki, Rusiyanın Yerevandakı səfiri Sergey Kopırkin isə bildirib ki, Ermənistanın hazırda üzləşdiyi bir çox risklərin qarşısı 2022-ci ilin sentyabrında Yerevanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı xətti ilə sərhəddə vəziyyətin sabitləşdirilməsi üçün təklif olunan tədbirlər paketinə razılıq verdiyi halda alına bilərdi.
Kateqoriyalar