Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski Azərbaycan və Ermənistan arasında münasibətlərin yaxşılaşmasının vacibliyini vurğulayıb.
"PostMedia" “Vestnik Kavkaza”a istinadən xəbər verir ki, o, Tbilisinin bu inkişafdan məmnun olduğunu qeyd edib.
Onun sözlərinə görə, Gürcüstan İrəvan və Bakı arasında münasibətlərin normallaşmasından razıdır.
Volski qeyd edib ki, “Zəngəzur dəhlizinin ortaya çıxması ilə Gürcüstan coğrafi xəritədən yox olmayacaq”.
“Gürcüstanın Asiya ilə Avropa arasında əlaqələr baxımından əhəmiyyəti əvəzolunmazdır. Əgər kimsə düşünürsə ki, Zəngəzur dəhlizi digər dəhlizləri əvəz edəcək, deməli ya məlumatsızdır, ya da qəsdən yalan danışır”, – deyə o bəyan edib.
