İran uranın zənginləşdirilməsi səviyyəsini müzakirə etməyə hazırdır – İsmayıl Bəqayi
12-fevral-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
İran uranın zənginləşdirilməsi səviyyəsini və ehtiyatlarının miqdarını müzakirə etməyə hazırdır, şərtlə ki, İran xalqının hüquqları qorunsun.
"PostMedia" "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi deyib.
Bağayi bu barədə "PBS News"a verdiyi müsahibədə ABŞ-la diplomatik münasibətlər, nüvə danışıqlarının bərpası və Oman vasitəsilə sanksiyaların aradan qaldırılmasından sonra müzakirələr barədə danışıb.
O vurğulayıb ki, danışıqlar əsasən nüvə məsələsinə yönələcək:
“Biz istəyirik ki, bu, beynəlxalq hüquq normalarına əsaslansın”.
Bəqayi əlavə edib ki, İran, Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsinin (NPT) tərəfi olaraq, nüvə enerjisini yalnız sülh məqsədləri üçün istifadə edir və Tehran bir neçə dəfə bəyan edib ki, nüvə silahı onun müdafiə doktrinasında yer tutmur.
O həmçinin İsrailin iddialarını tənqid edərək deyib:
“Bu, böyük yalandır. İran nüvə silahı hazırlamaq ərəfəsində deyil.”
Bağayi vurğulayıb ki, uranın zənginləşdirilməsi ölkənin sülh məqsədli nüvə proqramının bir hissəsidir və Tehran öz hüququnun, beynəlxalq müqavilələr tərəfindən tanındığını dəfələrlə açıqlayıb.