6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

TRIPP regionu köklü şəkildə dəyişəcək – ABŞ dövlət katibinin müavini

12-fevral-2026
TRIPP regionu köklü şəkildə dəyişəcək – ABŞ dövlət katibinin müavini
Yazı Ölçüsü:

ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberg X platformasında İrəvan və Bakı səfərlərinə münasibət bildirib.

"PostMedia" xəbər verir ki, 

Bakı, Azərbaycana çox məhsuldar səfərimi başa çatdırdım. Bu şəhərin qonaqpərvərliyi və inkişaf enerjisi həqiqətən heyrətamizdir. Aydındır ki, Tramp administrasiyasının "Beynəlxalq Sülh və Rifah naminə Tramp Yolu" (TRIPP) təşəbbüsü regionu köklü şəkildə dəyişəcək”, – deyə Helberg yazıb.

O əlavə edib ki, Vensin tarixi səfəri regional sabitlik və birgə iqtisadi inkişaf üçün möhkəm zəmin yaradıb.

Bundan əvvəl, İrəvandan Bakıya yola düşərkən, Helberg X-də daha bir qısa paylaşım edib:

Bu, ABŞ tarixində ilk dəfə vitse-prezidentin Ermənistana səfəri kimi tarixi bir yolçuluq idi. "Beynəlxalq Sülh və Rifah naminə Tramp Yolu" (TRIPP) Cənubi Qafqazda yeni bir səhifə açacaq”, – deyə o qeyd edib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930