6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

İran: Danışıqlardan sonra Oman bir neçə Amerika mesajını Tehrana çatdırıb

12-fevral-2026
İran: Danışıqlardan sonra Oman bir neçə Amerika mesajını Tehrana çatdırıb
Yazı Ölçüsü:
Oman hakimiyyəti dolayı danışıqların ilk mərhələsindən sonra İran tərəfinə ABŞ-dan bir neçə mesaj ötürüb.
"PostMedia" xəbər verir ki, bu barədə İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani məlumat verib.
“Biz amerikalılara heç bir məktub göndərməmişik, lakin Omandakı dostlarımız bizə bir neçə Amerika mesajı çatdırıblar. Bu mesajları Tehranda müzakirə edəcəyik”, – deyə Laricani Oman və Qətərə səfərindən sonra İran dövlət televiziyasına müsahibəsində bildirib.
Qeyd edək ki, fevralın 6-da Omanda İran və ABŞ arasında nüvə böhranının həllinə dair danışıqların yeni mərhələsi keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edib.
Bundan əvvəl "Ağ Ev" İran İslam Respublikasına qarşı güc tətbiqinin ciddi şəkildə müzakirə edildiyini açıqlamışdı.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930