Ərdoğan: “Azərbaycan xalqının həmrəyliyini heç vaxt unutmayacağıq”
19-iyun-2025
Admin
Yazı Ölçüsü:
"O səhər 11 vilayətimizdə yaşadığımız dağıntı tariximizin ən böyük təbii fəlakətlərindən biri idi. Təkcə Kahramanmaraşda 12 min 796, ümumilikdə isə 53 min 735 vətəndaşımızı itirdik. Allah bizə belə bir acını bir daha yaşatmasın".
"PostMedia" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda "Azərbaycan Məhəlləsi"nin açılışında çıxış zamanı deyib.
R.T.Ərdoğan Azərbaycanın göstərdiyi dəstəyi xüsusi vurğulayaraq deyib ki, zəlzələnin ilk anlarından etibarən xalqla birlikdə hərəkət etdiklərini, qısa müddətdə toparlanaraq yenidən quruculuq işlərinə başladıqlarını qeyd edib:
“Bu zəlzələlərdə imdadımıza ilk çatanlardan biri can Azərbaycan oldu. Azərbaycan xalqının həmrəyliyini heç vaxt unutmayacağıq”.
Ərdoğan həmçinin "Azərbaycan" adlı məhəllənin ölkənin ən vacib yenidənqurma layihələrindən biri olduğunu açıqlayıb. Qeyd olunub ki, bu bölgə Azərbaycan dövlətinin də dəstəyi ilə yenidən inşa olunur:
“Bura Türkiyəyə yaraşacaq müasir bir yaşayış məntəqəsinə çevrilir. Artıq layihələrin yarısı tamamlanıb. İnşallah ilin sonuna qədər qalan işləri də yekunlaşdıraraq mənzilləri sahiblərinə təhvil verəcəyik".