6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Kreml İlham Əliyevin MDB sammitində iştirak etməməsinə anlayışla yanaşır

22-dekabr-2025
Kreml İlham Əliyevin MDB sammitində iştirak etməməsinə anlayışla yanaşır
Yazı Ölçüsü:

Rusiya Putin və Əliyev arasında son görüşün nəticələrini yüksək qiymətləndirir

Rusiya, Moskva ilə Bakı arasında Düşənbədə iki ölkə prezidentlərinin son görüşü zamanı əldə olunmuş razılaşmalara uyğun fəaliyyətini davam etdirəcək.

"PostMedia" "Interfax"a istinadən xəbər verir ki, bu barədə Kremlin məlumatında deyilir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Rossiya-1" telekanalına müsahibəsində bildirib ki, Rusiya tərəfi prezidentlər Vladimir Putin və İlham Əliyev arasında baş tutmuş ikitərəfli görüşün nəticələrini yüksək dəyərləndirir.

“Biz Düşənbədə bu yaxınlarda keçirilmiş prezidentlərin ikitərəfli görüşünün nəticələrini yüksək qiymətləndiririk və əldə olunmuş razılaşmalara uyğun hərəkət edəcəyik”, – deyə Peskov qeyd edib.

Kreml, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda keçirilən MDB sammitində iştirak etməməsinə anlayışla yanaşıldığını açıqlayıb.

“Belə hallar olur. Prezidentin iş qrafiki bəzən səfərlərə mane ola bilər. Lakin Azərbaycan, şübhəsiz ki, MDB-nin bütün formatlarında iştirakını davam etdirir və ikitərəfli münasibətlərimiz inkişaf etməkdədir”, – deyə Peskov vurğulayıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930