6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ekologiya

Sabah Bakıda və Abşeron yarımadasında günəşli hava olacaq

04-avqust-2025
Sabah Bakıda və Abşeron yarımadasında günəşli hava olacaq
Yazı Ölçüsü:
Avqustun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.
"PostMedia" Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 24-29, gündüz 35-39, bəzi yerlərdə 40 dərəcəyə yaxın isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-27, gündüz 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə 18-23, gündüz 29-34 dərəcə isti olacaq.
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930