N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ekologiya

ASCO II rübdə hansı həcmdə tullantı təhvil verib?

04-avqust-2025
Turan Hüseynli
ASCO II rübdə hansı həcmdə tullantı təhvil verib?
Yazı Ölçüsü:

2025-ci ilin aprel-iyun aylarının nəticələrinə görə, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) gəmilərindən 44 m³ plastmas, 213,8 m³ qida qalığı, 287,3 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 20,7 m³ istismar tullantısı, 97,2 m³ neft qalığı-şlam, 1632,89 m³ döşəməaltı lyal su, 48528 m³ məişət təsərrüfat çirkab su texniki resurslara malik müvafiq sertifikasiyalı qurumlara təhvil verilməklə, ərazilərdən kənarlaşdırılıb.

Bu barədə "PostMedia"ya qurumdan məlumat verilib.

Bu dövrdə ASCO-nun sahil obyektləri üzrə 7,58 ton yanmış qəlib qumu, 777,4 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 41895 ton məişət çirkab suyu, 771,9 ton neftli döşəməaltı-lyal su, 108,2 ton sürtgü yağı, 2234,68 m³ məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal və s), 360,64 m³ qida qalığı, 148,5 m³ polimer əsaslı və plastmas tullantı, 24,85 m³ yağlı və neftli tullantı, 81,38 m³ rezin tullantı, 132,3 m³ istismar tullantı, 0,006 m³ tibbi tullantı aidiyyəti üzrə təhvil verilib.

Qeyd edilən dövrdə ümumilikdə 0,43 ton kağız, 0,52 ton plastmas, 14,9 ton qara metal və 5,4 ton əlvan metal təkrar emala göndərilib.

 

 

Kateqoriyalar