6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

İranın Ali Dini Liderinin ilk görüntüləri yayımlanıb

06-aprel-2026
İranın Ali Dini Liderinin ilk görüntüləri yayımlanıb
Yazı Ölçüsü:
"Telegram"da fəaliyyət göstərən "İranlı jurnalistin gündəliyi" (Дневник иранского журналиста) kanalı İranın Ali Liderinin ilk dəfə göründüyünü iddia etdiyi video yayımlayıb.
"PostMedia" xəbər verir ki, kanal videonu belə şərh edib: “Ali baş komandan ayətullah Seyyid Müctəba Xameneinin hərbi otaqda (müharibənin idarəetmə otağında) ilk görünüşü.”
Kadrlarda Müctəba Xamaneinin hərbçilərlə birlikdə iş otağına daxil olduğu görünür. Ekranda isə "Dimona Nuclear Reactor" yazısı olan interaktiv xəritə əks olunur.
Dimona ətrafında nüvə reaktoru və nüvə tədqiqat mərkəzi yerləşir və bu obyektlər çox vaxt İsrailin nüvə silahı proqramı ilə əlaqələndirilir. Daha əvvəl İran bu əraziyə zərbələr endirdiyini və dağıntılar olduğunu bildirmişdi.
Bundan əvvəl amerikalı rəsmilər, o cümlədən ABŞ rəhbərliyi İranın ali liderinin sağlamlıq vəziyyəti və hətta sağ olub-olmaması ilə bağlı dəfələrlə şübhələr səsləndirmişdi.
Müəllif
Tural
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930