Rusiya və Azərbaycan arasında iqtisadi, humanitar və nəqliyyat sahələrini əhatə edən genişmiqyaslı əməkdaşlıq məsələləri müzakirə olunub. "PostMedia" xəbər verir ki, danışıqlar Zəngilanda keçirilən Rusiya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası çərçivəsində baş tutub. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycanın Rusiyadan İrandan təxliyə edilən 500-dən çox vətəndaşa göstərdiyi yardıma görə Bakıya təşəkkür edib. Onun sözlərinə görə, Azərbaycan bütün lazımi dəstəyi təmin edib və humanitar daşımaların həyata keçirilməsində mühüm rol oynayıb. Görüşdə həmçinin iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı vurğulanıb. Bildirilib ki, 2025-ci ildə qarşılıqlı ticarət dövriyyəsi 4,1 milyard dollar təşkil edib və ödənişlərin əsasən milli valyutalarla aparılması iqtisadi yaxınlığın göstəricisidir. Tərəflər Şimal–Cənub nəqliyyat dəhlizi, Xəzər dənizində kruiz marşrutlarının yaradılması və regionda logistikanın inkişafı kimi layihələri də müzakirə ediblər. Bundan başqa Azərbaycanda Rusiya biznesinin layihələrə cəlbi, mədəni əlaqələrin, o cümlədən teatr qastrollarının bərpası müzakirə olunub. Təhsil sahəsində birgə universitet və məktəb layihələri planlaşdırılıb. Konfransfa bildirilib ki, qarşılıqlı turizm axını 2025-ci ildə 700 mindən çoxdur. Görüşdə Bakı və Moskva arasında həm iqtisadi, həm humanitar, həm də nəqliyyat sahələrində əməkdaşlığın daha da genişləndirilməsi barədə razılıq ifadə olunub.