6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bir qrup əməkdaşı təltif edilib

04-mart-2026
Admin
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bir qrup əməkdaşı təltif edilib
Yazı Ölçüsü:

Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
"PostMedia" xəbər verir ki, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 20 illiyi münasibətilə qərara alıram:

Azərbaycanda şəhərsalma və memarlıq sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə

Hümmətov Namiq Məhəmməd oğlu

İsbatov İlqar Aydın oğlu

3-cü dərəcəli “Əmək” ordeni ilə

Qarayev Abdı Nazim oğlu

Nuriyev Eldar Srac oğlu

“Tərəqqi” medalı ilə

Aslanov Nadir Bahadır oğlu

Babayev Zahid Sabir oğlu

Kazımlı Elçin Çingiz oğlu

Qasımov Read Azər oğlu

Məmmədrzayev Cahangir Cavanşir oğlu

Rzayev Rövşən Ağarza oğlu

Umudov Elçin Azər oğlu

Yusifov Nizami Rasim oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Əliyeva Gülbəniz Baba qızı

Əzizov Elşən Ələsgər oğlu

Mehtiyev Natiq Rəşid oğlu.

Kateqoriyalar