6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regiond baş verənləri müzakirə edib

02-mart-2026
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regiond baş verənləri müzakirə edib
Yazı Ölçüsü:

Martın 2-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstannın xarici işlər naziri Yermek Koşerbayev arasında telefon danışığı aparılıb.

"PostMedia" Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata istinadən xəbər verir ki, telefon danışığı zamanı regionda hərbi eskalasiya və artan gərginlik müzakirə olunub.

Nazirlər son hərbi eskalasiyadan dərin narahatlıqlarını ifadə edib və vəziyyətin daha da kəskinləşməsinin regional təhlükəsizlik və sabitliyə ciddi təhdid yaratdığını vurğulayıblar.

Tərəflər iki ölkənin bölgədə yerləşən diplomatik missiyalarındakı konsulluq bölmələri arasında əməkdaşlığın gücləndirilməsinin, vətəndaşlarımıza göstərilən dəstək istiqamətində əlaqələndirilmiş işin təşkilinin faydalı olacağını bildiriblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930