6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Ceyhun Bayramovla Omanın xarici işlər naziri arasında telefon danışığı olub

02-mart-2026
Ceyhun Bayramovla Omanın xarici işlər naziri arasında telefon danışığı olub
Yazı Ölçüsü:

Martın 1-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Omanın xarici işlər naziri Sayid Bədr ibn Həməd ibn Hammud Albusəidi arasında telefon danışığı aparılıb.

"PostMedia" Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata istinadən xəbər verir ki, telefon danışığı zamanı regionda hərbi eskalasiya və artan gərginliklə bağlı fikir mübadiləsi aparılıb.

Nazirlər bölgədəki son hərbi eskalasiyadan dərin narahatlıqlarını ifadə ediblər və vəziyyətin daha da kəskinləşməsinin regional təhlükəsizlik və sabitliyə ciddi təhdid yaratdığını vurğulayıblar.

Deeskalasiyanın zəruri olduğu və danışıqlar prosesinin bərpa edilməsi istiqamətində diplomatik səylərin artırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Bununla yanaşı, mülki əhalinin və infrastrukturun mühafizəsinin zəruriliyi vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930