6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Rusiya Zəngəzur dəhlizinin açılmasından və TRIPP layihəsindən ciddi qazanc əldə edəcək - Səfir

18-fevral-2026
Rusiya Zəngəzur dəhlizinin açılmasından və TRIPP layihəsindən ciddi qazanc əldə edəcək - Səfir
Yazı Ölçüsü:

“ABŞ ilə imzalanmış xartiya Cənubi Qafqazda Azərbaycanın mövqelərinin və sabitliyinin möhkəmlənməsi üçün daha bir mühüm amil olacaq. Bu sənəd siyasi baxımdan regionun bütün ölkələrinə, o cümlədən Rusiyaya birbaşa fayda gətirəcək”.

"PostMedia" xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev RTVI-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, iqtisadi aspektdən də Rusiya Zəngəzur dəhlizinin açılmasındanTRIPP multimodal nəqliyyat layihəsinin həyata keçirilməsindən ciddi qazanc əldə edəcək.

“Bu layihənin reallaşdırılması Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizini gücləndirəcək, Rusiyaya Naxçıvan Muxtar Respublikası üzərindən Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsi yaradacaq və Aralıq dənizi limanlarına çıxışı təmin edəcək. Eyni zamanda, İranla əlaqələri genişləndirərək Fars körfəzi və Hind okeanı limanlarına çıxış imkanı yaradacaq”, – deyə Mustafayev vurğulayıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930