6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Prezident İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşüb

13-fevral-2026
Prezident İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşüb
Yazı Ölçüsü:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münxendə Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak ilə görüşüb.

"PostMedia" xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin ötən ilin dekabrında Slovakiyaya rəsmi səfəri məmnunluqla xatırlanaraq, yüksəksəviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına mühüm töhfə verdiyi vurğulandı.

Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan ikitərəfli münasibətlərin qarşılıqlı anlaşma və dəstəyə əsaslandığı vurğulandı, müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğu bildirildi, bu xüsusda hərbi-texniki sahədə tərəfdaşlığın inkişafından məmnunluq ifadə edildi, bu tərəfdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930