6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Azərbaycannın Rusiyadakı səfiri Rusiyanın xarici işlər nazirinin müavini ilə görüşüb

13-fevral-2026
Azərbaycannın Rusiyadakı səfiri Rusiyanın xarici işlər nazirinin müavini ilə görüşüb
Yazı Ölçüsü:

Fevralın 12-də Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.

"PostMedia" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüş zamanı ikitərəfli gündəmin bir sıra aktual məsələləri müzakirə olunub.

“2022-ci il fevralın 22-də Moskvada imzalanmış Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə uyğun olaraq münasibətlərin bundan sonra da inkişaf etdirilməsinə dair fundamental öhdəlik bir daha təsdiqlənib.

Yaxın dövrdə planlaşdırılan siyasi təmasların qrafiki nəzərdən keçirilib. Bir sıra regional və beynəlxalq məsələlər müzakirə olunub”, – deyə Rusiya XİN-in açıqlamasında bildirilir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930