—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib

12-fevral-2026
Admin
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib
Yazı Ölçüsü:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

"PostMedia" xəbər verir ki, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları və mülki işçiləri təltif edilsinlər:

“Vətən uğrunda” medalı ilə

Qarayev Natiq Sahib oğlu – general-mayor

Cəfərov Elməddin Qulu oğlu – polkovnik

Quliyev İslam Ramiz oğlu – polkovnik

“Hərbi xidmətlərə görə” medalı ilə

Hidayev Əziz Şahmurad oğlu – polkovnik

Abbasov Hikmət Zahid oğlu – mayor

Əliyeva Samirə Təşkilat qızı – mayor

“Tərəqqi” medalı ilə

Sədrətdinov Pərviz Həsən oğlu.

Kateqoriyalar