—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib

12-fevral-2026
Admin
Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib
Yazı Ölçüsü:

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.
"PostMedia" xəbər verir ki, Sərəncamda deyilir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Vergi sisteminin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı işçiləri təltif edilsinlər:

“Tərəqqi” medalı ilə

Əliyev Nazim Kazım oğlu

1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Abbasov Etibar Akif oğlu

Bədəlova Zöhrə Əliriza qızı

Gözəlov Zülfi Məmməd oğlu

Həziyeva Gülçöhrə Hacıqulu qızı

Hüseynov Alı Hüseynqulu oğlu

İsgəndərov Nəsib Əli oğlu

Məmmədov Şahin Yusif oğlu

Rzayev Zamin Vahid oğlu

Səfərova Rəsmiyyə Suca qızı

3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Qasımlı Nuranə Nurəddin qızı

Qənbərov Zahid Paşa oğlu.

Kateqoriyalar