—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Rəsmi xəbərlər

Putin Kremldə İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə görüşüb

30-yanvar-2026
Turan Hüseynli
Putin Kremldə İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə görüşüb
Yazı Ölçüsü:

Rusiya Prezidenti Vladimir Putin Moskvada İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə görüşüb.

"PostMedia" bu barədə Kremlin mətbuat xidməti məlumat verib. Rəsminin səfəri əvvəlcədən elan olunmayıb, РИА Новости xəbər verir.

İranın Rusiyadakı səfiri Kazem Cəlalinin bildirdiyinə görə, Laricani ilə Vladimir Putin arasında aparılan danışıqların əsas mövzuları ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi və Yaxın Şərqdəki vəziyyət olub.

“Danışıqlarda əsas diqqət ikitərəfli münasibətlərin, o cümlədən iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlib. Eyni zamanda, tərəflər regional və beynəlxalq gündəmin aktual məsələlərini müzakirə ediblər”, – deyə səfirin sözlərini IRIB informasiya agentliyi sitat gətirib.

Bundan əvvəl, yanvarın 16-da Rusiya lideri İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı apararaq İranda mövcud vəziyyəti müzakirə edib. Danışıqlar zamanı tərəflər respublikada gərginliyin tez bir zamanda azaldılmasında və bütün əlaqəli məsələlərin yalnız siyasi və diplomatik vasitələrlə həllində qarşılıqlı maraqlı olduqlarını vurğulayıblar.

İranda iqtisadi narazılıq səbəbindən etiraz aksiyaları dekabrın sonlarında başlayıb. Qarışıqlıqlar zamanı hakimiyyət internet və mobil rabitə xidmətlərinə məhdudiyyətlər tətbiq edib. Yanvarın 16-da Reuters hüquq müdafiəçilərinə və yerli sakinlərə istinadən İran hakimiyyətinin iğtişaşları uğurla yatırdığını bildirib.

Etirazların başlanmasından bəri ABŞ Prezidenti Donald Tramp nümayişçiləri müdafiə etmək adı ilə Tehrana dəfələrlə hərbi zərbələrlə hədələyib. Kremlin isə Vaşinqtonu və Tehranı güc tətbiqindən imtina etməyə və danışıqlara fokuslanmağa çağırdığı qeyd olunur.

Kateqoriyalar