6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Daxili xəbərlər

Azərbaycan Minskdə keçiriləcək təhlükəsizlik konfransında təmsil olunacaq

28-oktyabr-2025
Azərbaycan Minskdə keçiriləcək təhlükəsizlik konfransında təmsil olunacaq
Yazı Ölçüsü:
Belarusun paytaxtı Minskdə III Avrasiya Təhlükəsizliyi üzrə Beynəlxalq Konfrans öz işinə başlayır. Tədbirdə 40-dan çox ölkənin və 7 beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcək.
"PostMedia" xəbər veriri ki, forumda Rusiya, Macarıstan, KXDR, Çin, Ermənistan və digər ölkələrin xarici işlər nazirləri, həmçinin Azərbaycan, Avstriya, İtaliya, ABŞ, İsveçrə, Qazaxıstan və Uzbəkistan kimi ölkələrin ekspert və tədqiqat mərkəzlərinin nümayəndələri iştirak edəcəklər.
Konfransda “Qlobal dünya (nizamsızlığı) və Avrasiya təhlükəsizliyinin tapmacası” mövzusunda plenar sessiya keçiriləcək. Belarus Xarici İşlər Nazirliyinin məlumatına görə, forum Şərq və Qərb arasında birbaşa və peşəkar dialoqa şərait yaradaraq etimadın, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930