6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Daxili xəbərlər

Azərbaycanda yeni media platforması –"DenMedia.az" fəaliyyətə başladı

08-sentyabr-2025
Azərbaycanda yeni media platforması –"DenMedia.az" fəaliyyətə başladı
Yazı Ölçüsü:
Azərbaycan mediası daha bir peşəkar xəbər ünvanı ilə zənginləşdi. Artıq ölkə ictimaiyyətinə DenMedia.az saytı xidmət göstərəcək.
"PostMedia" xəbər verir ki, yeni informasiya portalı qısa müddətdə fəaliyyətə başlasa da, qarşısına qoyduğu hədəflərlə diqqət çəkir.
Saytın əsas məqsədi ictimaiyyəti operativ, qərəzsiz və dəqiq məlumatlarla təmin etməkdir. DenMedia.az kollektivi peşəkarlığı, dövlət və dövlətçiliyə bağlılığı ilə seçilən jurnalistlərdən ibarətdir. Əməksevər redaksiya heyəti günün ən mühüm hadisələrini izləyərək oxuculara düzgün informasiya çatdırmağı prioritet hesab edir.
DenMedia.az-ın təsisçi direktoru tanınmış jurnalist Nizami Rəsulovdur. Uzun illər media sahəsində fəaliyyət göstərmiş, müxtəlif mətbuat orqanlarında çalışmış və peşəkarlığı ilə seçilən Nizami Rəsulov bu yeni layihə ilə oxuculara etibarlı xəbər ünvanı təqdim etməyi qarşısına məqsəd qoyub.
Qeyd edək ki, sayt Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyində (MEDİA) rəsmi qeydiyyatdan keçib. Bu isə DenMedia.az-ın qanuni əsaslarla fəaliyyət göstərməsinə, peşəkar jurnalistikanın tələblərinə uyğun olaraq informasiya məkanı formalaşdırmasına şərait yaradır.
Müasir dizaynı, rahat istifadəsi və operativ xəbər paylaşımı ilə seçilən DenMedia.az yaxın zamanda oxucuların ən çox müraciət etdiyi media ünvanlarından birinə çevrilməyi hədəfləyir.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930