İcra başçısı bir nəfəri işdən çıxardı, üçünün vəzifəsini dəyişdi - SİYAHI
06-avqust-2025
Admin
Yazı Ölçüsü:
Bakının Xəzər Rayon İcra Hakimiyyətində kadr dəyişiklikləri olub.
"PostMedia" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elşən Salahov müvafiq əmrlər imzalayıb.
Belə ki, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Azadov Mehman Eldar oğlu vəzifəsindən azad edilib. O, Sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və planlaşdırılması şöbəsinə baş məsləhətçi vəzifəsinə təyin olunub. Eyni zamanda həmin şöbəyə aparıcı məsləhətçi vəzifəsinə isə Sadıqov Elçin Fazil oğlu təyinat alıb. E.Sadıqov bu vəzifədə bir neçə gün əvvəl sektor müdiri - baş mühasib vəzifəsinə təyin olunan İlhamə Kərimovanı əvəzləyib.
Bundan əlavə, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi (mühəndis) Qasımov Ələmdar Bəhmən oğlu vəzifəsindən azad olunub. Bu vəzifəyə Ağabəyov Nəsiman Fikrət oğlu təyin olunub. N.Ağabəyov bundan əvvəl Sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və planlaşdırılması şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.
Beləliklə, icra başçısının yeni kadr siyasətində bir nəfər (Ə.Qasımov) RİH-dən çıxarılıb, daha bir nəfər işçi isə (E.Sadıqov) RİH-də işə götürülüb. Adları çəkilən digər şəxslərin isə RİH daxilində vəzifələri dəyişdirilib.
“Azərsun Holdinq” “Azərbaycan Uşaqları” İctimai Birliyinə dəstək verəcək
05-mart-2026
HiTech
Nazir Rəşad Nəbiyev süni intellekt sahəsində qlobal şirkətlərdən olan “Nscale”in Avropa, Yaxın Şərq və Afrika regionları üzrə prezidenti və icraçı direktoru ilə görüşüb
05-mart-2026
HiTech
“Azercell” tarif paketlərini yeniləyir
05-mart-2026
Energetika
“Azeri Light” 5%-dək ucuzlaşdı
05-mart-2026
Energetika
Dünya bazarında Brent”in qimyəti dəyişməyib
05-mart-2026
Oğurluq
Teyker Karlsonun 7,9 milyon dollar dəyərində ALP nikotin paketləri ilə dolu yük maşını oğurlanıb