Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-mayor Mürsəl İbrahimov Göygöldə vətəndaş qəbulu keçirəcək.
Bu barədə "PostMedia"ya Dövlət Xidmətindən məlumat verilib.
Mərkəzi icra hakimiyyəti orqanlarının, digər idarəetmə qurumlarının rəhbərlərinin 2025-ci ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyulun 18-də saat 10:00-da SHXÇDX rəisi Mürsəl İbrahimov Xidmətin Göygöl rayon şöbəsinin inzibati binasında Göygöl, Gəncə, Samux, Daşkəsən, Goranboy, Naftalan, Xocalı və Kəlbəcər rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.
Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşların 14 iyul 2025-ci il tarixədək SHXÇDX-nın adları qeyd olunan rayon struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.
Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı sərəncamla Mürsəl Qorxmaz oğlu İbrahimova "general-mayor" ali hərbi rütbəsi verilib.