6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Türkiyə bərpa olunan enerji üçün Dünya Bankından 6 milyard dollara qədər vəsait cəlb etməyi planlaşdırır

24-noyabr-2025
Türkiyə bərpa olunan enerji üçün Dünya Bankından 6 milyard dollara qədər vəsait cəlb etməyi planlaşdırır
Yazı Ölçüsü:
Türkiyə bərpa olunan enerji istehsalının quraşdırılmış gücünü artırmaq üçün Dünya Bankı ilə 6 milyard dollara qədər maliyyə paketi üzərində müzakirələr aparır.
"PostMedia" xəbər verir ki, bu barədə Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraktar bildirib.
Onun sözlərinə görə, məsələ Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşdə müzakirə edilib.
"2035-ci ilə qədər Türkiyənin quraşdırılmış günəş və külək enerjisi gücünü 120 min MVt-ə çatdırmaq məqsədilə ilkin maliyyə paketinin hazırlanmasına razılıq əldə edilib. Bu vəsait əsasən yüksək gərginlikli elektrik ötürücü xətlərin tikintisi üçün nəzərdə tutulur."
Bundan əlavə, görüş zamanı Türkiyədə nüvə enerji və qazla işləyən elektrik stansiyalarının inkişafı məsələləri də müzakirə olunub.
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930