N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

ABŞ İran neftinin satışına yardım edən şirkətlərə qarşı sanksiyalar tətbiq edib

20-noyabr-2025
Türkan Nəbi
ABŞ İran neftinin satışına yardım edən şirkətlərə qarşı sanksiyalar tətbiq edib
Yazı Ölçüsü:

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın xam neft satışını asanlaşdıran və bununla da İran Silahlı Qüvvələrinin maliyyələşdirilməsinə dolayısı ilə dəstək verdiyi iddia olunan bir sıra şirkət və təşkilatlara qarşı yeni sanksiyalar tətbiq edib.

"PostMedia"nın məlumatına görə, sanksiyalara altı ədəd “kölgə donanması”na aid tanker də daxil edilib. ABŞ tərəfi bu gəmilərin İran neftinin müxtəlif marşrutlarla daşınmasında istifadə olunduğunu bildirir.

OFAC həmçinin İranın Mahan Air aviakompaniyasını da məhdudiyyətlərə məruz qoyub. Maliyyə Nazirliyi şirkətin İran İnqilab Keşikçiləri Korpusuyla (KİRK/IRGC) əməkdaşlıq etdiyini və Suriyanın keçmiş prezidenti Bəşər Əsəd rejiminin silahlandırılmasında mühüm rol oynadığını qeyd edir.

Sanksiyalar həmçinin aşağıdakı şirkətləri əhatə edir:

  • İranın neft şirkəti Sepehr Energy Jahan Nama Pars Company (Sepehr Energy)

  • BƏƏ-də fəaliyyət göstərən gəmi icarəsi şirkətləri Luan Bird Shipping Service L.L.CMars Investment L.L.C

  • Panamada qeydiyyatdan keçmiş Loire Shipping Inc.

ABŞ bildirir ki, bu şirkətlər İranın neft satışını gizli şəkildə həyata keçirməsinə və gəlirlərin təhlükəsizlik strukturlarına yönləndirilməsinə yardım edir.


Kateqoriyalar