6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

ABŞ-nin “Carlyle” fondu “LukOil”in xaricdəki aktivlərini almağa maraq göstərir - "Reuters"

13-noyabr-2025
ABŞ-nin “Carlyle” fondu “LukOil”in xaricdəki aktivlərini almağa maraq göstərir - "Reuters"
Yazı Ölçüsü:
ABŞ-də fəaliyyət göstərən “Carlyle” investisiya fondu “LukOil” şirkətinin xaricdəki aktivlərini almaq imkanlarını araşdırır.
"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, “Carlyle” artıq “LukOil”i bu niyyəti barədə məlumatlandırıb.
1987-ci ildə Vaşinqtonda yaradılan “Carlyle Group” hazırda 474 milyard dollarlıq aktivləri idarə edir və dünyanın ən böyük özəl investisiya və alternativ aktiv idarəetmə şirkətlərindən biri hesab olunur.
Müqavilə baş tutacağı təqdirdə, bu addım Rusiyanın enerji şirkətlərinin xarici bazarlardakı mövqelərinə təsir göstərə bilər.
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930