6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Taleh Kazımov Tbilisi Maliyyə Sammitində iştirak edib

24-oktyabr-2025
Taleh Kazımov Tbilisi Maliyyə Sammitində iştirak edib
Yazı Ölçüsü:
Mərkəzi Bankın sədri Taleh Kazımov Gürcüstan Milli Bankı və Qlobal Maliyyə və Texnologiya Şəbəkəsinin (GFTN) dəvəti ilə GFTN-Tbilisi Maliyyə Sammitində iştirak edib.
"PostMedia" xəbər verir ki, bu barədə o, özünün "X" hesabında məlumat paylaşıb.
Sədr Taleh Kazımov Sammit çərçivəsində keçirilən “Maliyyə xidmətləri və ödənişlərdə növbəti qlobal innovasiya dövrü” mövzusunda panel müzakirəsində çıxış edərək qlobal çağırışlar və imkanlar, eləcə də ölkəmizdə ödəniş sistemlərinin inkişafı, innovativ maliyyə həllərinin tətbiqi və gələcək perspektivlər barədə fikirlərini bölüşüb.
Qeyd edək ki, bu kimi beynəlxalq platformalar maliyyə texnologiyalarının gələcək inkişaf istiqamətlərinin müzakirəsi və qlobal əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930