ABŞ Prezidenti Donald Tramp "Binance"ın qurucusu Çanpen Çjaonu əfv edib.
"PostMedia" "Associated Press"ə istinadən xəbər verir ki, Ç. Çjao dünyanın ən böyük kriptovalyuta birjasını yaradıb və cinsi istismar, narkotiklərin qanunsuz dövriyyəsi və terrorizm fəaliyyətləri ilə əlaqədar istifadəçilər tərəfindən platformadan pul köçürmələrinə görə həbs olunmuşdu.
Çjao əvvəllər Trampdan əfv istəmişdi. O, ABŞ-də Tramp və onun oğulları – Erik və Donald Jr. tərəfindən sentyabr ayında istifadəyə verilmiş "World Liberty Financial" kriptovalyuta şirkəti ilə sıx əlaqələrə malikdir.
Trampın son maliyyə bəyannaməsində göstərilir ki, o, keçən il "World Liberty Financial"dan 57 milyondan çox dollar gəlir əldə edib.
"World Liberty Financial" həmçinin elan edib ki, Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən sərmayə fondu "Binance"in səhmlərini almaq üçün "USD1"dən 2 milyard dollar istifadə edəcək.
Çjao həmçinin açıq şəkildə Trampdan əfv istədiyini bildirib ki, bu, onun məhkəmə hökmünü ləğv edə bilərdi. "Ağ Ev" sözçüsü Karolayn Levitt cümə axşamı bildirib ki, Bayden administrasiyası Çjaonu “kriptovalyuta sənayesini cəzalandırmaq” məqsədilə hədəfləyib.
O, əlavə edib ki, “fırıldaqçılıq və ya müəyyən olunmuş zərərçəkmişlər haqqında ittihamlar olmayıb”, baxmayaraq ki, Çjao noyabr ayında pul yuyulmasına qarşı proqram tələblərinə əməl etməməkdə günahkar bilinmişdi.