N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes | Elm-Təhsil

Sabiq nazirin universitetinin dövlət büdcəsinə borcu yarandı

23-oktyabr-2025
Admin
Sabiq nazirin universitetinin dövlət büdcəsinə borcu yarandı
Yazı Ölçüsü:
Qərbi Kaspi Universitetinin dövlət qarşısında vergi borcu üzə çıxıb.
"PostMedia" xəbər verir ki, özəl təhsil müəssisəsinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcunun yığıldığı məlum olub.
Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, bu borcun miqdarı 17 791,13 manat təşkil edir.
Qeyd edək ki, Qərbi Kaspi Universiteti 1991-ci ildə yaradılıb. Universitetin Qəyyumlar Şurasının sədri sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Seyid oğlu Bağırovdur. Reyestrdə isə universitetin qanuni təmsilçisi Rəşad Hüseynqulu oğlu Bağırovdur./iqtisadiyyat.az
Kateqoriyalar