"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsin elan etdiyi tenderə yekun vurulub.
“PostMedia” xəbər verir ki, “Ümumi profilli tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş dərman vasitələri”nin satın alınması üçün elan edilən müsabiqənin qalibi "Zeytun Pharmaceuticals" MMC olub.
Tərəflər arasında bağlanan müqaviləyə əsasən təşkil edəcəyi 311 adda mal və xidmətə görə qalib şirkətə 3 838 441,47 manat ödənilib.
Qeyd edək ki, nizamnamə kapitalı 4 min manat olan "Zeytun Pharmaceuticals"un qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur.
Bəhruz Şirəliyev "Nurgün Holding"in rəhbəri Nuru Əliyev sponsoru olduğu "Rəvan" futbol klubunun vitse-prezidenti olub.
Xatırladaq ki, "Rəvan" klubu 2009-cu ildə yaradılıb, 2017-ci ildə fəaliyyəti dayandırılıb.