AMB bu ofisi “2025 Formula 1 Azərbaycan Qran Prisi”nə görə işləməyəcək
16-sentyabr-2025
Türkan Nəbi
Yazı Ölçüsü:
Bakı şəhərində keçiriləcək “2025 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinin müvəqqəti olaraq məhdudlaşdırılması ilə bağlı 17-18 sentyabr 2025-ci il tarixlərində Azərbaycan Mərkəzi Bankının (AMB) Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək.
Bu barədə "PostMedia"ya AMB-dən məlumat verilib.
“Nağd pul ofisi” növbəti həftədən başlayaraq qrafikə uyğun fəaliyyətini bərpa edəcəkdir.
Qeyd edək ki, AMB tərəfindən əhalidə olan tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı və əhalinin nağd pulla bağlı sorğularının cavablandırılması məqsədilə Bakı şəhərində əhaliyə xidmət üzrə təşkil olunan “Nağd pul ofisi” Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında həftənin çərşənbə axşamı, çərşənbə və cümə axşamı saat 10:00-dan 13:00-dək davamlı fəaliyyət göstərməkdədir.