6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Elm və Təhsil Nazirliyinin 8,7 milyon manatlıq tenderinin qalibi sevimli şirkəti olub

15-sentyabr-2025
Elm və Təhsil Nazirliyinin 8,7 milyon manatlıq tenderinin qalibi sevimli şirkəti olub
Yazı Ölçüsü:

Azərbaycan Respublikasi Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti və Təchizat İdarəsi tərəfindən elan edilən tenderin qalibi müəyyən olunub.

PostMedia” xəbər verir ki, respublikanın bir sıra məktəbəqədər və ümumtəhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işləri ilə bağlı elan edilən müsabiqənin qalibi "Elite construction" MMC olub.

Bağlanan müqaviləyə görə qalibə 8 685 354,81 manat ödənilib.

"Elite construction" bu vəsaitin qarşılığında layihə çərçivəsində 7037 adda müxtəlif xidmət göstərəcək.

Qeyd edək ki, son 4 ildə adıçəkilən şirkət Nazirliyin ümumi dəyəri 20,3 milyon manat olan 8 tenderinin qalibi olub.

Nizamnamə kapitalı 3500 manat olan "Elite construction"ın qanuni təmsilçisi Quliyev Ramiz Məhəmməd oğludur.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930