6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Orxan Məmmədov sahibkarların müraciət və təkliflərini dinləyib

03-iyul-2025
Orxan Məmmədov sahibkarların müraciət və təkliflərini dinləyib
Yazı Ölçüsü:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) növbəti vətəndaş qəbulu keçirilib. “PostMedia” xəbər verir ki, qəbul zamanı Agentliyin sədri tərəfindən müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarların müraciətləri və təklifləri dinlənilib, sualları cavablandırılıb.

Sahibkarlar tərəfindən qəbul zamanı qaldırılan bəzi məsələlərə dair yerində izahat verilib. Digər təklif və problemlərlə bağlı isə müvafiq qurumlarla birgə araşdırma aparılaraq, sahibkarlara məlumat veriləcəkdir.

Qeyd edək ki, sahibkarlar KOBİA-nın 131 Çağrı Mərkəzinə zəng edərək, biznes fəaliyyəti ilə bağlı onları maraqlandıran suallara cavab ala, eyni zamanda KOBİA-nın www.smb.gov.az internet səhifəsindəki “Vətəndaşların qəbulu” bölməsi vasitəsilə Agentlik nümayəndələrinin qəbuluna yazıla bilərlər.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930