6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

“Arsenal” 105 illik rekordu təkrarlayıb

05-noyabr-2025
“Arsenal” 105 illik rekordu təkrarlayıb
Yazı Ölçüsü:

Londonun “Arsenal” klubu bütün turnirlərdə ardıcıl 8 oyunu qapısını toxunulmaz saxlayaraq qalib gəlib.
PostMedia” “Opta” nəşrinə istinadən xəbər verir ki, bu isə İngiltərə futbolunda son 105 ildə qeydə alınmış göstəricidir.
Bu nəticəyə İngiltərədə yalnız iki komanda nail olub — “Preston” (1889) və “Liverpool” (1920).
İspaniyalı baş məşqçi Mikel Artetanın rəhbərliyi altındakı “Arsenal” Çempionlar Liqasının IV turunda Çexiyanın “Slaviya” klubunu 4:0 hesabı ilə məğlub edib.
Növbəti oyun isə noyabrın 8-də baş tutacaq. Premyer Liqanın 11-ci turunda isə “Arsenal” “Sanderlend”lə qarşılaşacaq.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930