Ekvador Prezidenti Daniel Noboanın korteci təxminən 500 nəfərlik bir qrup tərəfindən daşlı hücuma məruz qalıb. "PostMedia" AFB-yə istinadən xəbər verir ki, prezidentin avtomobilində “güllə izlərinə bənzər zədələr” aşkarlanıb, lakin Noboa hadisədən xəsarət almadan xilas olub. Hadisə ilə bağlı 5 nəfər saxlanılıb.
"Reuters" isə prezidentin hadisə zamanı yaralanmadığını təsdiqləyib.
Ekvadorun ətraf mühit və enerji naziri Ines Manzano bildirib ki, hadisə Noboa Canar əyalətində bir tədbirə gedərkən baş verib. Təxminən 500 nəfərlik qrup prezidentin korteçinə daşlarla hücum edib.
Hadisədən sonra prezidentin avtomobilində “güllə izlərinə bənzər zədələr” müəyyən olunub.
Nazirin sözlərinə görə, sui-qəsd cəhdində Prezident Noboa xəsarət almayıb və polis hadisə ilə bağlı 5 nəfəri saxlayıb.
İqtisadiyyat
İdman
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
