6°C Bakı
1$ = 1.70₼
Hadisə

İran İsrailə növbəti dəfə ağır raketlərlə zərbə endirib

13-mart-2026
İran İsrailə növbəti dəfə ağır raketlərlə zərbə endirib
Yazı Ölçüsü:
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, “Həqiqi vəd 4” əməliyyatı çərçivəsində 46-cı zərbə dalğası həyata keçirilib.
Məlumata görə, hücum zamanı “Xorrəmşəhr”, “Xeybər Şekan”, “Emad” və “Qədr” tipli ağır ballistik raketlərdən istifadə olunub.
"PostMedia" xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, zərbələr İsrail ərazisindəki hədəflərə yönəldilib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İran əleyhinə hərbi əməliyyata başlayıb. Hücumlar İranın paytaxtı Tehran və ölkənin digər iri şəhərlərini hədəf almışdı.
Həmin zərbələrdən dərhal sonra SEPAH genişmiqyaslı cavab əməliyyatı başladığını elan edib. Məlumatlara görə, İran raketlər və pilotsuz uçuş aparatları ilə İsrailə, həmçinin Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı ərazilərində yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib.
İsrail və ABŞ-nin hücumları nəticəsində İranın ali dini lideri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslərin həlak olduğu da bildirilir.
Martın 2-də isə Hizbullah İsrailə qarşı müharibəyə qoşulduğunu elan edib. Bundan sonra İsrail təşkilata qarşı hərbi əməliyyatlara başladığını açıqlayıb.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930