İsveçdə Rusiyanın “kölgə donanması” ilə əlaqəli olduğu ehtimal edilən tanker saxlanılıb
13-mart-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
İsveç sahil mühafizəsi "Sea Owl I" tankerinin dayandırıldığını və nəzarətə götürüldüyünü açıqlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Daha sonra İsveçin mülki müdafiə naziri Krl Oskr Bolin bildirib ki, uzunluğu 228 metr olan gəminin ehtimal ki, Rusiyanın “kölgə donanması” adlandırılan şəbəkəsinin bir hissəsi olduğu düşünülür.
Hazırda tankerə baxış keçirilir, ekipaj üzvləri isə sorğu-sual edilir.
İsveç hakimiyyətinin məlumatına görə, tanker son illərdə Rusiya ilə Braziliya arasında neft məhsulları daşıyıb. "DW"nin məlumatına göə, saxlanılmamışdan əvvəl isə gəmi "Port of Santos" limanından "Primorsk Port" istiqamətində hərəkət edirnuş.
Sahil mühafizəsinin açıqlamasına görə, gəmi Kama adalarının bayrağı altında üzüb. Lakin müstəntiqlər onun saxta bayraq altında hərəkət etdiyindən şübhələniblər.
Bundan başqa, tanker bir neçə sanksiya siyahısına, o cümlədən Avropa İttifaqı sanksiyalarına daxil edilib. Gəminin saxlanılmasına səbəb kimi təhlükəsizlik və ətraf mühit üçün mümkün risklər göstərilir.
Bir neçə gün əvvəl İsveç hakimiyyəti Kaffa adlı və Qvineya bayrağı altında üzən başqa bir gəmini də saxlamışdı. Onun da Rusiyanın “kölgə donanması” ilə əlaqəli olduğu ehtimal edilirdi.
Hər iki hadisə Trelleborq şəhəri yaxınlığında baş verib.