6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

İsa Həbibbəylinin restoranında yıxılan ofisiantın beli sınıb

20-yanvar-2026
İsa Həbibbəylinin restoranında yıxılan ofisiantın beli sınıb
Yazı Ölçüsü:

“Bu şəxsi çoxu tanıyır. Elmlər Akademiyasının başında duran akademik İsa Həbibbəylidir. Nəqliyyat Nazirliyinin yanında "Karvan" restoranı var. Həmin restoran da bu kişinindir”.

PostMedia” xəbər verir ki, bunu dedektiv yazıçı və hüquqşünas Müşfiq Abbasov özünün “Facebook” hesabında qeyd edib.

“2015-ci ildə həmin restoranda ofisiant işləyən bir cavan oğlanı çılçırağı təmizləmək üçün tavana qaldırmışdılar. Oğlan ordan yıxılmışdı və beli qırılmışdı. Buna görə İsa Həbibbəylinin qardaşını məhkəmə məsuliyyətinə verdim. Zərərçəkmiş şəxs müalicə üçün Həbibbəylilərin ona yardım etmədiyini dəfələrlə bildirirdi. Həmin zaman İsa müəllim Elmlər Akademiyasının vitse-prezidenti idi. Elmin zirvəsində olan bir şəxsin cavan oğlana maddi və mənəvi yardım göstərməməsi çox təəcüb doğururdu. Bu gün İsa bəy Elmlər Akademiyasının prezidentidir. Prezident İlham Əliyevdən fərqli olaraq çətirini saxlayan da var. Əsas odur ki, Ramiz Mehdiyevin şəklini Akademiyanın şərəf lövhəsindən götürüb və bununla da əsas işini görmüş hesab edir” - deyə o, əlavə edib.

Xatırladaq ki, M.Abbasov əvvəllər hüquq-mühafizə orqanalarında çalışıb. O, sonuncu dəfə Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi olub.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930