6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 56 əcnəbi deportasiya edilib

20-yanvar-2026
Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 56 əcnəbi deportasiya edilib
Yazı Ölçüsü:
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər ərzində Azərbaycan vətəndaşları da daxil olmaqla ümumilikdə 56 xarici ölkə vətəndaşını ölkədən çıxarıblar.
"PostMedia" Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, deportasiya olunanlar arasında Azərbaycan, Türkiyə, Hindistan, Rusiya, Çin, Qazaxıstan, Türkmənistan, Banqladeş, Pakistan, Misir, İsrail, Kipr, Mərakeş, Nigeriya, Ermənistan və Özbəkistan vətəndaşları var.
Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub։ Gürcüstan DİN-in Miqrasiya Departamentinin əsas vəzifələrindən biri ölkədə qanuni əsas olmadan qalan əcnəbilərin müəyyən edilməsi və intensiv miqrasiya nəzarəti tədbirləri vasitəsilə onların ölkədən çıxarılmasıdır.
Qeyd edək ki, oktyabrın 1-dən “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanuna edilən dəyişikliklər qüvvəyə minib. Dəyişikliklər qeyri-qanuni miqrasiya ilə mübarizə mexanizmlərinin və ölkə ərazisində miqrasiya nəzarətinin gücləndirilməsini nəzərdə tutur.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930