6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Əməliyyat-axtarış

Tbilisidə soyğunçuluq ittihamı ilə Azərbaycan vətəndaşı saxlanılıb

20-yanvar-2026
Tbilisidə soyğunçuluq ittihamı ilə Azərbaycan vətəndaşı saxlanılıb
Yazı Ölçüsü:
Gürcüstan polisi Tbilisidə soyğunçuluq ittihamı ilə 26 yaşlı Azərbaycan vətəndaşını saxlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Tbilisidə vətəndaşlardan birinin əl çantasını qaçıraraq hadisə yerindən uzaqlaşıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi cinayəti törətdikdən qısa müddət sonra saxlayıblar. Maddi sübut kimi oğurlanmış əl çantası götürülüb.
İstintaq Cinayət Məcəlləsinin 178-ci maddəsinin 2-ci hissəsi (soyğunçuluq) ilə aparılır və bu maddə 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031