N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ekologiya

Sabah Bakıda və Abşeron yarımadasında mülayim şimal-qərb küləyi əsəcək

21-iyul-2025
Türkan Nəbi
Sabah Bakıda və Abşeron yarımadasında mülayim şimal-qərb küləyi əsəcək
Yazı Ölçüsü:
İyulun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
PostMedia” bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 34-39° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-41° isti, dağlarda gecə 11-16° isti, gündüz 28-33° isti olacaq.
Kateqoriyalar