6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ekologiya

"Xəzər"də nərə balıqlarının kommersiya məqsədilə ovlanmasına qoyulan qadağa uzadılacaq

22-may-2025
"Xəzər"də nərə balıqlarının kommersiya məqsədilə ovlanmasına qoyulan qadağa uzadılacaq
Yazı Ölçüsü:
"Xəzər" dənizində nərə balıqlarının kommersiya məqsədilə ovlanmasına qoyulan qadağa uzadılacaq.
"PostMedia" TASS-a istinadən xəbər verir ki, Rusiyanın Rosrybolovstvo qurumu "Xəzər" dənizində nərə balıqlarının kommersiya məqsədilə ovlanmasına qoyulan qadağanın uzadılmasını təklif edib. Bu barədə qurumun rəhbəri İlya Şestakov Neva Beynəlxalq Ekoloji Konqresində məlumat verib.
“Əsas məqsədimiz nərə balıqlarının kommersiya ovuna qoyulan qadağanı davam etdirməkdir. Hazırda bu qadağa hər il yenilənir. Gələcəkdə də bu məsələyə ciddi yanaşmalı və kommersiya ovuna qadağanı qoruyub saxlamalıyıq,” – deyə Şestakov bildirib.
O həmçinin vurğulayıb ki, "Xəzər" dənizində nərə balıqlarının bir sıra növləri artıq itirilib.
“Sadəcə tək-tük fərdlərə rast gəlinir. Onlar, hətta su bioresurslarının bərpası üçün dövlətlərin gördüyü tədbirlərə baxmayaraq, böyük ehtimalla, artıq bərpa olunmayacaq” – deyə o əlavə edib.
Qeyd edək ki, 2024-cü ilin dekabrında Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran 2025-ci il üçün də "Xəzər" dənizində nərə balıqlarının kommersiya ovuna qoyulan qadağanı uzatmaq barədə qərar qəbul edib.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930